“Azər Türk Bank” gücləndirilmiş iş rejiminə keçib
Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq bankın “Bakı” filialı 12-22 may tarixlərində , şənbə və bazar günləri də daxil, hər gün saat 09.00-dan – 21.00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Azər Türk Bank”ın Bakı şəhəri üzrə digər strukturları, o cümlədən 1 saylı şöbəsi müştərilərə xidməti adi qaydada davam etdirəcək.