Bank Of Baku

“Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 9 mlrd. manata yaxınlaşır

“Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 9 mlrd. manata yaxınlaşır
# 22 yanvar 2015 09:43 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) aktivləri son bir ildə 22,7% artaraq 2015-ci il yanvarın 1-nə 8,8 mlrd. manata çatıb.

 

Bu barədə “APA-Economics”ə bankın mətbuat xidmətindən məlumat verilib.

 

Bankın kredit portfeli 2013-cü illə müqayisədə 16,6% artaraq 2015-ci il yanvarın 1-nə 5,868 mlrd. təşkil edib. Fiziki şəxslərə isə 678,5 mln. manat dəyərində kredit verilib.

 

Ötən il ərzində əhali tərəfindən banka 117,3 milyon manat həcmində əmanət qoyulub. Beləliklə, 2015-ci il yanvarın 1-nə əhalinin ABB-dəki əmanətlərinin həcmi 1,730 milyard manata bərabər olub.

 

Abb-nin məcmu kapitalı 1 008,4 mln. manata çatıb. Bankın nizamnamə kapitalının həcmi isə 590,2 mln. manata çatdırılıb.

 

Hesabat dövründə bankın gəlirləri 585,8 mln. manat təşkil edib. Xalis mənfəət isə 64,5 mln. manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR