Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Sənaye Bankı”nın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 544,608 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 40,28% artaraq 176,811 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 49,16% artaraq 329,163 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 197,527 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,07 dəfə çoxdur.
Hesabat dövründə bankın məcmu kapitalı 3,61% artaraq 65 mln. 439,353 min manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat təşkil edib.
Cari ilin ilk üç ayını “Azərbaycan Sənaye Bankı” 1 mln. 960,181 min manatlıq zərərlə başa vurub.