Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Azərbaycan Sənaye Bankı”nın aktivlərinin həcmi 2016-cı ilin III rübündə 634,406 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38,58% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 36,42% artaraq 226,196 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 52,43% artaraq 366,298 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 308,570 mln. manat təşkil edib.
Öhdəliklərin həcmi 552,586 mln. manat təşkil edib.
Bir il ərzində bankın məcmu kapitalı 11,25% artaraq 83,820 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 60 mln. manat olub.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 25,1% artaraq 19,923 mln. manata, xərcləri isə 18,43% artaraq 12,233 mln. manata çatıb.
Cari ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 5 mln. 991,67 min manat təşkil edib.