Bank Of Baku

“Azərbaycan Sənaye Bankı” ötən il depozit portfelini 8%-dən çox azaldıb

“Azərbaycan Sənaye Bankı” ötən il depozit portfelini 8%-dən çox azaldıb
# 22 yanvar 2015 08:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il yanvarın 1-nə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 2013-cü il ilə müqayisədə 23,7% artaraq 419 mln. 613,48 min manata çatıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəlinə bankın kredit portfeli 33% artaraq 161 mln. 620,03 min manat təşkil edib.

 

Ötən ilin sonuna bankda depozit portfeli 8,1% azalaraq 218 mln. 103,01 min manat olub.

 

Bu ilin yanvarın 1-nə bankın məcmu kapitalı 19,7% artaraq 73 mln. 444,75 min manat, nizamnamə kapitalı isə 60 mln. manata təşkil edib.

 

Bank ötən ili 5 mln. 835,65 min manatlıq xalis mənfəətlə başa vurub.

 

“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə təsis edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR