Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Azərqarant Sığorta” ASC-nin aktivləri 6 754 138,85 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 320 044 manat və ya 4,52% azdır.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də azalma qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 150 696 manat və ya 2,37% artaraq 6 502 624,44 manat olub.
2014-cü ildə şirkətin cəmi gəlirləri 1 236 824,41 manat, cəmi xərcləri isə 516 599,14 manat təşkil edib. Şirkət ötən ili 576 180,22 manatlıq xalis mənfəətlə başa vurub.