Aprelin 13-də “Azinşaat Servis” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Azinşaat Servis”-dən “APA-Economomics”ə verilən xəbərə görə, iclasda şirkətin tək başçı icra orqanının (sədrinin), Müşahidə (direktorlar) Şurasının və təftiş komissiyasının (müfəttişin) seçilməsi məsələsi müzakirə olunacaq.
Bundan başqa, yığıncaqda Cəmiyyətin nizamnaməsinin 2-ci redaksiyada təsdiqi və digər məsələlərin müzakirəsi də gözlənilir.