Bakı-APA-Economics. Daim müştəri məmnuniyyətini üstün tutan “Bakı Sığorta” şirkəti filial şəbəkəsi ilə əlaqədar yeni strategiya qəbul edib.
“APA-Economics” xəbər verir ki, bu strategiyaya uyğun olaraq, şirkət xidmət şəbəkəsini genişləndirəcək. Bununla yanaşı, sahəsi kiçik olan bir neçə agent filialları bağlanacaq, onların əvəzində isə böyük sahəsi olan və çoxlu sayda müştəri kütləsini qəbul edə biləcək, müştərilərin məmnunluğunu artıra biləcək Regional filiallarla əvəz ediləcək.
Regional filialların yaradılması istiqamətində artıq “Bakı Sığorta” ilk addımı atıb. Belə ki, bu gün Bakının Xətai rayonunda şirkətin ilk regional filialının açılışı olub. Filial dörd mərtəbəli binadan ibarətdir.
Filial Xətai rayonunda və yaxın ərazilərdə yerləşəcək kiçik agent filialları özündə birləşdirəcək. Burada əhali şirkətin təqdim etdiyi bütün sığorta xidmətlərindən rahat şəkildə faydalana bilər. Bundan başqa, filial baş verən sığorta hadisələri zamanı peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin edəcək.
Filial Xətai rayonu, Məhəmməd Hadi küçəsi 152 C ünvanında yerləşir.
"Bakı Sığorta" ASC həm fiziki, həm də hüquqi şəxslər üçün xidmətlərin səviyyəsini artırmaq niyyətindədir. Yeni filialda bütün növ sığorta xidmətləri göstərilir. Burada bütün müştərilərə və o cümlədən VİP müştərilərə xidmət göstərilməsi üçün lazımi şərait var.