Bank Of Baku

«Bank of Azerbaijan» əmanətçilər üçün güzəştlər tətbiq edir

 «Bank of Azerbaijan» əmanətçilər üçün güzəştlər tətbiq edir
# 15 iyul 2013 11:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. «Bank of Azerbaijan» ASC yeni «Tətil» əmanətini müştərilərə təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Tətil» əmanəti üzrə vəsait yerləşdirən bankın hər bir müştərisinə əmanət faizləri əvvəlcədən ödəniləcək.

 

Belə ki, «Bank of Azerbaijan»da depozit üzrə minimum 5 000 AZN/USD/EUR yerləşdirməklə 3 ay üzrə illik 5%, 6 ay üzrə 7% və 12 ay üzrə 10% olmaqla hesablanan faizlər öncədən alınacaq.


«Tətil» əmanətindən və digər xidmətlərdən yararlanmaq istəyənlər «Bank of Azerbaijan»ın Bakıdakı 8 və regionlarda yerləşən (Lənkəran, Quba, Şəki, Naxçıvan, Ucar, Yevlax, Zərdab, Sumqayıt)  filiallarına müraciət edə bilərlər.

 

Qeyd edək ki, «Bank of Azerbaijan» Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.


 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR