Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 1-nə «Bank of Azerbaijan» ASC-nin aktivlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 63% artaraq 325,8 mln. manata çatıb.
«APA-Economics»in banka istinadən verdiyi məlumata görə, hesabat dövründə əhalinin əmanətləri 85,2 mln. manata çatıb. Bankın kredit portfeli ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 75% artaraq 296,9 mln. manat təşkil edib.
Müvafiq dövr üzrə «Bank of Azerbaijan»ın faiz gəlirləri 15,2 mln. manata, qeyri-faiz gəlirləri isə 2,99 mln. manata çatdırılıb.
İyunun 1-nə bankın nizamnamə kapitalı 50 mln. manat təşkil edib.
Qeyd edək ki, «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə ərazisində baş ofisi, 16 filialı və 3 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə xidmət göstərir.