Bank Of Baku

“Bank of Baku” aktivlərini 24% artırıb

“Bank of Baku” aktivlərini 24% artırıb
# 28 aprel 2014 14:20 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank of Baku” ASC-nin aktivlərinin həcmi 2014-cü ilin I rübündə 663,826 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,6% çoxdur.

 

APA-Economics”in məlumatına görə, hesabat dövründə bankın kredit portfeli 22,2% artaraq 556,6 mln. manat olub.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 58,7% artaraq 32,346 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 22,6% artaraq 382,498 mln. manata çatıb.

 

Bir il ərzində bankın məcmu kapitalı 30% artaraq 143,897 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 52,87 mln. manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 29,45% artaraq 31,274 mln. manat, xərcləri isə 45,1% artaraq 15,002 mln. manata çatıb.

 

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 12,988 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR