Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Business Insight” araşdırma qrupunun keçirdiyi rəy sorğusu nəticəsində “Bank of Baku” Azərbaycanın ən populyar bankı, “Bolkart” taksit kartı isə ən çox istifadə edilən kredit kartı olduğu müəyyən edilib.
“Bank of Baku”dan “APA-Economics”ə verilən məlumata görə, paytaxt Bakı və ölkə regionlarında mindən çox respondent arasında keçirilən sorğuda “Bank of Baku” şəriksiz lider olub.
“Krediti hansı bankdan almısınız?” sualına cavab verənlərin 38%-i “Bank of Baku”-nun adını çəkib. Bu, banklar arasında ən yüksək nəticə olub. Taksit kartlarına dair keçirilən sorğuda isə “Bolkart” 61,3%-lə birinci yerdə qərarlaşıb. Beləliklə, “Bank of Baku” və “Bolkart” rəyi soruşulanların əksəriyyətinin simpatiyasını qazanıblar. Keçirilmiş sorğuda əksər yerli banklar və bank məhsulları iştirak edib.
Sorğu barədə daha ətraflı: https://www.facebook.com/pages/Business-Insight-International-Research-Group/261982260609797
“Bank of Baku” ona etibar edən hər kəsə təşəkkürünü bildirir!
“Bank of Baku” ilk dəfə deyil ki, ictimai rəy lideri olur. Xatırladaq ki, bu il ərzində müxtəlif xəbər saytları tərəfindən keçirilən müxtəlif sorğularda da “Bank of Baku” insanların ən çox üstünlük verdiyi bank elan edilib.