Bank Of Baku

“Bank of Baku” və “İntegralPlus” mağazalar şəbəkəsi Bolkart sahibləri üçün yeni kampaniya elan edib

“Bank of Baku” və “İntegralPlus” mağazalar şəbəkəsi Bolkart sahibləri üçün yeni kampaniya elan edib
# 22 aprel 2014 11:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank of Baku” və “İntegralPlus” mağazalar şəbəkəsi Bolkart sahibləri üçün sərfəli satış kampaniyası elan edib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində hər bir Bolkart sahibi əlavə xərcsiz, ilkin ödənişsiz və 12 aylıq hissə-hissə ödənişlə istənilən məhsulu ala bilər.

 

Bolkart sahibləri “İntegralPlus” mağazasından mobil telefon, planşet, noutbuk, kompüter və onlarla digər texnika növünü əldə edə bilərlər. Bunun üçün sadəcə www.integralplus.az saytına daxil olub 3 seçim etmək tələb olunur:

 

1)məhsul növünü seçmək

2)müvafiq anketi doldurmaq

3)kartla ödəniş etmək

 

Ödənişi həm Bolkart MasterCard, həm də adi Bolkart-la etmək olar. Qısa müddətdən sonra sifariş edilmiş məhsul Bolkart sahibinin ünvanına çatdırılacaq.

 

Bu kampaniyanın məqsədi ölkədə nağdsız və onlayn alış-verişi stimullaşdırmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR