Bank Of Baku

“Bank of Baku” və Azərbaycan Diplomatik Akademiyası anlaşma memorandumu imzalayıb - FOTO

“Bank of Baku” və Azərbaycan Diplomatik Akademiyası anlaşma memorandumu imzalayıb - <span style="color: red;">FOTO
# 04 aprel 2013 14:38 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” və Azərbaycan Diplomatik Akademiyası (ADA) anlaşma memorandumu imzalayıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, sənədə “Bank of Baku”nun İdarə Heyətinin sədri Fərid Hüseynov və ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev imza atıblar.

 

İkitərəfli memorandum bankla təhsil ocağı arasında əməkdaşlığın əsas istiqamətlərini təsbit edir. Sənədə əsasən, ADA-da yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr "Bank of Baku" tərəfindən təsis edilən təqaüddən yararlana biləcək, ADA İxtisasartırma Proqramları isə bank əməkdaşları üçün xüsusi təlim kursları təşkil edəcək.

 

Qarşılıqlı əməkdaşlıq həmçinin ADA tələbələri və məzunlarının "Bank of Baku"da işə və təcrübə toplama proqramlarına cəlb edilməsi, birgə elmi-praktiki konfransların keçirilməsi və gələcəkdə bank-maliyyə sahəsinə aid yeni ixtisasların açılmasını nəzərdə tutur. Anlaşma memorandumu beş illik dövrü əhatə edir.

 

“Bank of Baku” ölkənin digər təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR