“Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“APA-Economics” xəbər verir ki, iclas martın 30-da baş tutacaq.
Yığıncağın gündəliyinə yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi, yeni səhmlərin buraxılması və nizamnamə kapitalının artırılması ilə əlaqədar “Bank Respublika” ASC-nin nizamnaməsində müvafiq dəyişikliyin təsdiqi və bankın Audit Komitəsinin tərkibinin təsdiq edilməsi daxil edilib.