Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank Technique” ASC korporativ müştərilər və onların işçi heyətinin rahatlığını artırmaq və pərakəndə kredit biznesinin inkişaf etdirilməsi məqsədilə bankın əmək haqqı kartları sahiblərinə sadələşdirilmiş kredit şərtləri təklif edib.
Bankdan “APA-Ecoonomics”ə verilən məlumata görə, müəssisədə 6 aydan artıq çalışan, bankın əmək haqqı kartları sahiblərinə maaşın 90% miqdarında kredit xətti sadələşdirilmiş şərtlərlə, yalnız şəxsiyyət vəsiqəsi ilə açılır. Bu zaman kredit xəttinin illik faiz dərəcəsi – 24%, müddəti – 12 ayadək olur.
Bundan əlavə, “Bank Technique” müştərinin şəxsi hesabı üzrə əmək haqqının 3 və 5 mislində kreditlər də təklif edir.
Müştərilərə əmək haqqının 5 mislində kredit həmkarın zaminliyi əsasında ayrılır, kreditin illik faiz dərəcəsi 26%, müddəti 24 ayadək təşkil edir.
Bankın İdarə Heyətinin birinci müavini Yaşar Səfərov yeni layihəni şərh edərkən bildirib ki, “layihə, bir tərəfdən, “Bank Technique”in gəlirliyinin artırılmasına, digər tərəfdən isə tərəfdaş müəssisələrdə çalışanlara kredit şərtlərinin asanlaşdırılmasına yönəlib və bank gələcəkdə də bu istiqamətdə işini davam etdirəcək”
kreditləşmə bank və təşkilat arasında imzalanmış tərəfdaşlıq müqaviləsi əsasında aparılır.