Bakı - APA-Economics. “Bank VTB (Azərbaycan)” 11 min manatadək olan nağd kreditlərin verilməsində müştərilərin sığortalanmasını ləğv edərək, kredit şərtlərini yaxşılaşdırıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur.
Adətən, banklar kredit verərkən aktivlər üzrə risklərin azaldılması məqsədilə kredit şərtlərinə uyğun olaraq borcalanın sığortalanması həyata keçirir.
Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.
Bank tərəfdaş şirkətlərin əməkdaşlarına, fiziki şəxslərə sərfəli şərtlərlə və girovsuz 11 000 manatadək nağd kredit təklif edir.
Müştəri-şirkətin istənilən əməkdaşı iş yerindən arayışa və şəxsiyyəti təsdiq edən sənədlərə əsasən illik faiz dərəcəsi 20%-dən başlayaraq nağd kreditlər əldə edə bilər.
Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.