Bank Of Baku

“Bank VTB (Azərbaycan)” bankomatların sığortalanması üzrə tender elan edir

“Bank VTB (Azərbaycan)” bankomatların sığortalanması üzrə tender elan edir
# 01 iyun 2017 12:10 (UTC +04:00)

“Bank VTB (Azərbaycan)” ASC bankomatlarının və onlarda olan nağd vəsaitlərin sığortalanması üzrə açıq tender elan edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tender təkliflərinin qiymətləndirilməsində ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyəti meyarlarına üstünlük veriləcək.  

 

Tender təklifləri 07 iyun 2017-ci il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bakı  şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.

  

Bank VTB (Azərbaycan) ASC-nin  Müsabiqə Tender Komitəsi.

Əlaqələndirici şəxs:

Rüfət Sultanov

Telefon: 012 437-7120; 492-00-80 (daxili nömrə 1252)

Faks: 012 437-71-21

Mob.: 050 286-00-87

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR