Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin sonuna “Bank VTB (Azərbaycan)”ın mənfəətinin 7 mln. manata çatacağı gözlənilir.
“APA-Economics”in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.
O bildirib ki, artıq ikinci ildir ki, bank ili mənfəətlə başa vurur. Y. Yakovlev 2014-cü ili “Bank VTB (Azərbaycan)” üçün “dönüş nöqtəsi” adlandırıb.
“2013-cü ildə bankın mənfəəti 4,6 mln. manat təşkil edib. 2014-cü ildə biz mənfəətin 7 mln. manatdan çox olacağını gözləyirik”, - deyə Y.Yakovlev vurğulayıb.