Bank Of Baku

“Bank VTB (Azərbaycan)” nağd kreditlər üzrə faizləri endirib

“Bank VTB (Azərbaycan)” nağd kreditlər üzrə faizləri endirib
# 15 may 2014 08:22 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank VTB (Azərbaycan)” 11 000 manatadək olan girovsuz nağd kreditlər üzrə illik faiz dərəcələrini aşağı salınmasına dair aksiya keçirir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya bu ilin avqustun 1-dək davam edəcək.

 

Aksiya çərçivəsində illik faiz dərəcəsi 2 bənd aşağı salınıb. Beləliklə, hər kəs iş yerindən arayış və şəxsiyyəti təsdiq edən sənədə əsasən illik faiz dərəcəsi - 26% olmaqla nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadək.

 

Xatırladaq ki, “Bank VTB (Azərbaycan)” ASC-nin 11 000 manatadək olan nağd kreditlərin verilməsində müştərilərin sığortalanmasını ləğv edib. Belə ki, “Bank VTB (Azərbaycan)”-dan nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR