Bank Of Baku

“Bank VTB (Azərbaycan)” plastik kartların pulsuz rəsmiləşdirilməsinə başlayır

“Bank VTB (Azərbaycan)” plastik kartların pulsuz rəsmiləşdirilməsinə başlayır
# 29 aprel 2014 08:06 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank VTB (Azərbaycan)” ölkədə nağdsız ödənişlərin dövriyyəsinin artırılması və stimullaşdırılması məqsədilə cari ilin may ayının 1-dən “Sizin VTB kartınız” aksiyası çərçivəsində plastik kartların pulsuz rəsmiləşdirilməsinə başlayır.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın plastik kartına sahib olmaq istəyən hər kəs şəxsiyyəti təsdiq edən sənədlər əsasında “VISA Classic”  səviyyəli ödəniş kartını pulsuz əldə edə bilər, həmçinin “VISA Gold” kartını cəmi 5 manata ala bilər. Aksiya cari ilin avqustun 1-dək davam edəcək.

 

Bankın ödəniş kartları idarəsinin rəisi Ulyana Əlixanova aksiyanı bu cür şərh edib: “Turist səfərləri, internetdə alış-veriş, kommunal ödənişlərin həyata keçirilməsi üçün ödəniş kartının mövcudluğu müasir insan üçün vacibdir. Bizim bank nağdsız ödənişlərin stimullaşdırılması üzrə dövlət siyasətini dəstəkləyir və müştərilər üçün xidmətin yaxşılaşdırılmasına çalışır. Bütün ticarət və xidmət mərkəzləri ödəniş terminalları ilə təchiz olunduğundan istehlakçılar ödəniş kartlarının rahatlığını dəyərləndirmişlər və “Sizin VTB kartınız” aksiyası uğur qazanacaqdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR