Bank Of Baku

“Bank VTB (Azərbaycan)”ın rublla verdiyi kreditlər ümumi portfelin 1-2%-i təşkil edir

“Bank VTB (Azərbaycan)”ın rublla verdiyi kreditlər ümumi portfelin 1-2%-i təşkil edir
# 25 dekabr 2014 08:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)”ın kredit portfelində rublla verilən kreditlərin payı 1-2% civarındadır.

 

APA-Economics”in məlumatına görə, bankın İdarə Heyətinin üzvü Tural Vəliyev bildirib.

 

Onun sözlərinə görə, bank sentyabr ayından rublla kredit verməyə başlayıb.

 

“Bilirsiniz ki, bizim kredit portfelimiz 280 mln. manatdan çoxdur. Bankımız isə cəmi 4 aydır ki, rublla kredit verməyə başlayıb. Buna görə də, rublla verilən kreditlərin ümumi kredit portfelində payı cüzidir. Biz rublla kredit verməyə başlayanda skeptiklər iddia edirdilər ki, müştərilər rublla kredit götürməyə maraqlı olmayacaq. Amma müştərilər rublla kredit götürməyə maraq göstərirlər. Rublla kredit götürmək onlar üçün sərfəli oldu”, - deyə T. Vəliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR