Bakı – APA-Economics. Azərbaycanın ən populyar kredit kartı olan “Bolkart” sahibləri indi ən yeni və dəbli mobil telefonları və planşetləri sərfəli şərtlərlə əldə edə bilər.
“Bank of Baku”da “APA-Economics”ə verilən məlumata görə, 22 noyabr 2012 il - 1 fevral 2013 il tarixləri arasında “Bolkart” sahibləri şəhərin tanınmış mobil telefon mağazaları - “Telefon”, “NLT Telecom” və “World Telecom” şəbəkəsindən holoqramlı “Samsung” telefonlarını alıb, dəyərini 12 ay ərzində ödəyə bilərlər. Bundan əvvəl “Bolkart”la alış müddəti cəmi 6 ay idi.
“Samsung Galaxy S3” telefonunu 12 ay ərzində ayda cəmi 56 manat, “Samsung” planşeti 28 manat, “Samsung” smartfon 13 manat və “Samsung DUOS” cəmi 8 manat ödəməklə əldə etmək mümkündür.
Bu kampaniya “Samsung E” seriyalı telefonlara şamil olunmur. Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Samsung telefonlarının Azərbaycandakı rəsmi distribütoru “İntegral” şirkətinin 493-94-94 nömrəsi, “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, həmçinin http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.