Bank Of Baku

“Bolkart” selfie fotomüsabiqəsini elan edib

“Bolkart” selfie fotomüsabiqəsini elan edib
# 22 aprel 2014 13:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın aparıcı və ən sevilən brendlərindən biri “Bolkart” Facebook-dakı rəsmi səhifəsində selfie fotomüsabiqəsini elan edib.

 

APA-Economics”in məlumata görə, indi hər kəs “Bolkart”la orijinal selfie çəkib, fotolarını www.facebook.com/bolkart səhifəsində mesaj vasitəsilə və ya bankın [email protected] elektron poçt ünvanına yollaya bilər.

 

Müəllifdən başqa, selfie fotolarında hökmən “Bolkart” da əks olunmalıdır. Fotolar istirahət zamanı, dostlarla bərabər, tanınmış məkanlarda, təbiətin qoynunda və sairə yerlərdə çəkilə bilər. Müsabiqənin əsas meyarı - orijinal olmaqdır. Müsabiqə iştirakçıları foto ilə birgə banka adlarını və telefonlarını da göndərməlidirlər.

 

Müsabiqə iki həftə davam edəcək. İlk həftə ərzində daxil olmuş fotolar toplanacaq. Növbəti həftə ərzində isə selfie fotoları “Bolkart”ın rəsmi Facebook səhifəsində səsverməyə çıxarılacaq. Daha sonra bankın münsiflər heyəti üç qalibi müəyyən edəcək.

 

Qaliblərin müəyyən edilməsi zamanı, münsiflər heyəti fotolara verilmiş “like”ları da nəzərə alacaq.

 

Müsabiqənin üç qalibini möhtəşəm hədiyyələr gözləyir:

1) Jumeirah Bilgah Beach Hotel-də iki nəfərlik istirahət. Lüks səviyyəli mehmanxana müsabiqə qalibinə Xəzər sahilində iki unudulmaz gecə keçirməyə şərait yaradacaq.

2) Paytaxtmızın ən nüfuzlu fotoqraflarından olan Cəmil Mirzoyevdən peşəkar fotosessiya. Cəmil Mirzoyevin orijinal fotosessiyası həyatınızın xoşbəxt anlarını əbədi həkk etməyə imkan verəcək (toy və nişan çəkilişi istisna olmaqla istənilən digər çəkiliş).

3) “Anadolu atəşi” qrupunun konsertinə 2 nəfərlik bilet. Türk rəqqaslarının çılğın rəqsləri hələ heç kəsi biganə qoymayıb.

 

Müsabiqə şərtlərinə görə, qaliblər gedəcəkləri məkanlardan mütləq selfie foto çəkməlidirlər, öz səhifələrində yerləşdirməli və bank nümayəndələrinə təqdim etməlidirlər.

 

Müştərinin təhlükəsizliyi naminə, selfie fotodan Bolkartın 16 rəqəmli kombinasiyası silinəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR