Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Bolkart» sahibləri üçün keçirilən «Yay çempionları» mükafatlandırma kampaniyasının birinci mərhələsinin ən fəal müştərilərini müəyyən edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, qalib olmuş 11 «Bolkart» sahibi maddi mükafatlar əldə ediblər.
Məlumata əsasən, say etibarilə sahələr üzrə ən çox alış-veriş etmiş «Bolkart» müştəriləri mükafatlandırılır. Beləliklə, geyim, aksessuar və parfümeriya sahəsi üzrə Əzizov A.Ə., Məmmədova N.İ., Əfəndiyev A.X., Hacıyeva G.U., Poqorelova İ.İ. hər biri 200 manat, supermarketlər, şirniyyat dükanları və restoranlar sahəsi üzrə Məmmədova Ə.A., Bağırova N.C., Bağırov R.B. hər biri 200 manat, elektronika və ev əşyaları sahəsi üzrə Bədəlzadə R.R., Əhmədov F.H. hər biri 200 manat və digər sahələr üzrə Məmmədov Ə.D. 200 manat mükafat qazanıb.
Hər bir «Bolkart» sahibi bir mərhələ çərçivəsində yalnız bir sahə üzrə qalib ola bilər. Mükafatlandırma kampaniyasının ikinci mərhələsi isə 22 iyul-22 avqustu əhatə edir. Bu mərhələ çərçivəsində daha 11 nəfər pul mükafatları qazanacaq. Kampaniyanın təfsilatları ilə www.facebook.com/Bolkart sosial şəbəkəsindən yaxından tanış olmaq mümkündür.