Bakı. APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Bakı Sığorta» ASC-nin səhmlərinin əlavə emissiya prospekti qeydə alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.
Məlumata əsasən, emissiyanın həcmi 4 mln. manat, bir səhmin nominal dəyəri 20 manat təşkil edir. Yerləşdirmədə anderrayter qismində "Chelsea Capital" MMC çıxış edəcək.
Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 54,8% artaraq 11.3 mln. manata çatacaq.