Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Deka Bank” ASC nizamnamə kapitalını kəskin artırıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin oktyabrın 16-da bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən maliyyə təsisatının nizamnamə kapitalı 52,7 mln. manata çatdırılıb.
Bununla da bankın nizamnamə kapitalı 2,2 dəfə artıb.
Xatırladaq ki, ötən ilin noyabrın 14-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən bankın hər birinin nominal dəyəri 1 100 manat olan 47 970 ədəd adi səhmlərinin emissiyası qeydiyyata alınıb.