Bank Of Baku

“DəmirBank” “Energocredit” layihəsinin təqdimat mərasimini keçirib

“DəmirBank” “Energocredit” layihəsinin təqdimat mərasimini keçirib
# 05 iyun 2015 11:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” “Avropa Yenidənqurma və İnkişaf Bankı”nın (AYİB) “Qafqazda Enerjiyə Qənaət Proqramı”nın bir hissəsi olan “Energocredit” layihəsinin təqdimat mərasimini keçirib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Energocredit” layihəsinin təqdimat mərasimində iqtisadiyyatın müxtəlif sahələrindən olan 100-ə yaxın sahibkar iştirak edib. Həmçinin tədbirdə AYİB nümayəndələri və bank rəhbərliyi də təmsil olunub.

 

Tədbiri giriş sözü ilə açan “Dəmirbank” ASC-nin Marketinq departamentinin direktor müavini Sənan Həsənov bank tərəfindən təqdim edilən “Energocredit” layihəsi barəsində qısa məlumat verib və tədbirin proqramını iştirakçıların diqqətinə çatdırıb.

 

Sonra açılış nitqi ilə çıxış edən, İdarə Heyətinin Sədri Roman Əmircanov Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən, Azərbaycanda fəaliyyət göstərən kiçik, orta və iri müəssisələrin və həmçinin ev təsərrüfatlarının enerji istehlakının effektivliyinin artırılmasına istiqamətlənən “Energocredit” layihəsinin “Dəmirbank” və müştəriləri üçün əhəmiyyətini sahibkarların diqqətinə çatdırıb. Bütün iştirakçılar bu səmərəli və effektiv məhsuldan istifadə etməyə dəvət olunub.

 

“Energocredit” layihəsinin Azərbaycan üzrə layihə kordinatoru Nazim Məmmədov layihənin detalları barədə geniş məlumat verərək, bu günədək maliyyələşdirilmiş bir sıra layihə nümunələrini nümayiş etdirib. Sonda  tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Qeyd edək ki, “Energocredit “ Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz regionu üzrə layihəsidir.  Yerli iştirakçı maliyyə qurumları ilə birgə, istehlak və biznes kreditləri üzrə enerji effektivliyi və bərpa olunan enerji layihələrini maliyyələşdirir. “Energocredit “ kredit xətti geri nağd ödəniş və pulsuz texniki mütəxəssis məsləhəti kimi üstünlüklər təklif edir.  Avropa Birliyi Qonşuluq İnvestisiya Mexanizmi ətraf mühitə dost investisiyaları mükafatlandıraraq kredit məbləğinin 10 və ya 15%-ni geri nağd ödəyir, pulsuz mütəxəssis məsləhəti isə Avstriya Maliyyə Nazirliyi tərəfindən təmin edilir. 

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

 

Ətraflı məlumat və dəstək üçün:  www.energocredit.az.​"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR