Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank”ın əməkdaşlıq etdiyi “Elektron Hökümət” portalı ilə kredit rəsmiləşdirilməsi daha da asanlaşıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, portal vasitəsilə müştərilər elektron arayışdan istifadə etməklə daha rahat şəkildə kredit əldə edə bilər. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompüterlər vasitəsilə formalaşdıra bilər. Müştəri eyni zamanda www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə də elektron arayışı formalaşdıra və banka göndərə bilər. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək mümkündür.
Göndərilən arayışlar “Elektron hökumət” tərəfindən onlayn qaydada imzalanır.
Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin Fitch Ratings Beynəlxalq qiymətləndirmə agentliyindən “stabil” proqnozlu “B” reytinqinə, Planet Ratings agentliyindən isə “pozitiv” proqnozlu “B” reytinqinə malikdir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149