Bank Of Baku

“DəmirBank” uşaqlar üçün keçirdiyi rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb - FOTO

“DəmirBank” uşaqlar üçün keçirdiyi rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb - <span style="color: red;">FOTO
# 10 iyun 2015 10:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “DəmirBank” bankın rəsmi “facebook” səhifəsində “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsi keçirib.

 

Şirkətdən “APA-Economics”ə verilən məılumata görə, müsabiqənin şərtlərinə görə 14 yaşınadək uşaqlar çəkdikləri rəsmlərlə müsabiqədə iştirak edib. Müsabiqə böyük maraq yaradıb və çoxlu sayda rəsmlər göndərilib. Müsabiqənin qalibləri rəsmlərin bəyənilmə (like) sayına görə müəyyənləşdirilib.

 

Müsabiqədə 1-ci yer tutmuş 7 yaşlı İsrafilov Nahidə uşaq geyim mağazasına 100 AZN-lik, 2-ci yer qalibi 5 yaşlı İsmayılov Aminə oyuncaq mağazasına 50 AZN dəyərində kuponlar, 3-cü yer sahibi 7 yaşlı Quluzadə Aişəyə isə “Megafun” əyləncə mərkəzinə 2 saatlıq kart hədiyyə edilib.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR