Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC Novruz Bayramı münasibətilə «Sərfəli Novruz» adlı güzəştli kredit aksiyası keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiya martın 28-dək davam edəcək.
Aksiyanın şərtlərinə görə, istehlak və ya biznes kreditləri üzrə illik faiz dərəcəsində 1-4% endirim təqdim edilir. Endirimi müəyyən etmək üçün müştəri kredit götürən zaman filialda olan xüsusi torbadan kupon çıxarmalıdır.
Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər. Qeyd edək ki, aksiya ipoteka və avtomobil kreditlərinə şamil edilmir.
«Dəmirbank» müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.