Bank Of Baku

“DəmirBank”ın Visa kart sahibləri Futbol üzrə Dünya Çempionatına bilet əldə edə bilərlər

“DəmirBank”ın Visa kart sahibləri Futbol üzrə Dünya Çempionatına bilet əldə edə bilərlər
# 24 aprel 2014 10:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank”ın nağdsız ödəniş edən Visa plastik kart sahibləri Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına 2 nəfərlik bilet əldə edə bilərlər.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiya 30 aprel 2014-cü il tarixədək davam edəcək. Aksiyanın şərtlərinə görə, POS terminallar və İnternet vasitəsi ilə nağdsız ödənişlər edən müştərilər lotereyada iştirak edəcəklər və lotereya əsasında qaliblər müəyyən olunacaq.

 

Bundan başqa, lotereyada yüzlərlə futbol topları, çantalar, dəniz dəsmalları, oyuncaqlar və açarlıqlar öz sahiblərini tapacaq.

 

Qeyd edək ki, Visa şirkəti futbol üzrə dünya çempionatının rəsmi tərəfdaşıdır.

 

“DəmirBank” plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. “DəmirBank” Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR