Bank Of Baku

“Evrobank”: Bazarı tərk etməyəcəyik

“Evrobank”: Bazarı tərk etməyəcəyik
# 14 yanvar 2015 12:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Evrobank” bazarı tərk etməyəcək.

 

Bunu “APA-Economics”ə müsahibəsində bankın baş mühasibi Həsən Bayramov deyib.

 

“Bildirim ki, səhmlərin emissiyası tam başa çatıb. Yerləşdirmə də demək olar ki, yekunlaşmaq üzrədir. Yerləşdirmə nəticəsində bankın məcmu kapitalı 50 mln. manatı ötəcək. Bizim bankımız Mərkəzi Bankın təlimatına uyğun olaraq bütün proseslər yerinə yetirir. Məcmu kapitalın nə qədər olacağı səhmlərin yerləşdirilməsindən asılı olacaq. Amma istənilən halda səhmlərin yerləşdirilməsi nəticəsində də bankın məcmu kapitalı 50 mln. manatı keçəcək”, - deyə H. Bayramov bildirib.

 

Baş mühasib qeyd edib ki, “Evrobank”ın internet bankçılığın inkişafından tutmuş digər sahələri də əhatə edən böyük planları var: “Sadəcə indi tərəfdaşlar və səhmdarlar arasında danışıqlar getdiyindən bu planlar barədə məlumat vermək istəmirəm. Amma yaxın iki ay ərzində - fevral-mart aylarında bu yenilikləri görəcəksiniz”.

 

“Evrobank” Azərbaycan Mərkəzi Bankının məcmu kapitala olan tələbini yerinə yetirdikdən sonra da kapitalını artıracaq. “Səhmdarlar belə qərara gəldilər ki, potensial qüvvələrdən istifadə etsinlər. Ola bilsin ki, yanvar ayında biz yenidən səhm yerləşdirək. Amma bu hələlik plandır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR