Bank Of Baku

“Gəncəbank”ın aktivləri artıb

“Gəncəbank”ın aktivləri artıb
# 02 may 2014 07:01 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Gəncəbank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 116,468 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,5 dəfə artaraq 98,601 mln. manat olub.

 

İstehlak kreditlərinin həcmi 1,516 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 94,9% çoxdur.

 

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 20,205 mln. manat olub ki, bunun da 15,628 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin 1,418 mln. manat təşkil edir.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 20,4% artaraq 6,674 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 1,07 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,3 dəfə çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 3,6 dəfə artaraq 51,591 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3,3 dəfə artaraq 50 mln. manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 11,6 dəfə artaraq 7,85 mln. manat, xərcləri isə 12 dəfə artaraq 7,204 mln. manata çatıb.

 

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 645,82 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 3 filialı, 6 bankomatı, 21 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR