Bank Of Baku

“Günay Bank”da əhalinin əmanətləri azalıb

“Günay Bank”da əhalinin əmanətləri azalıb
# 25 aprel 2014 14:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Günay Bank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 38,255 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,2% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,3% artaraq 35,019 mln. manat olub.

 

İstehlak kreditlərinin həcmi 614,99 min manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 65,6% azdır.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 0,5% artaraq 2,045 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 3,8% azalaraq 9,947 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 7,539 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20% azdır.

 

Bir il ərzində bankın məcmu kapitalı 17,9 % artaraq 15,356 mln. manata çatdığı halda, nizamnamə kapitalı 27,35 % artaraq 16 mln. 587,44 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 44,5% artaraq 1 mln. 462 min manat, xərcləri isə təxminən 67% azalaraq 172 min manata çatıb.

 

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 741,54 min. manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR