Bank Of Baku

“InvestAZ”ın internet səhifəsində yeni FOREXpedia adlı bölmə istifadəyə verilib

“InvestAZ”ın internet səhifəsində yeni FOREXpedia adlı bölmə istifadəyə verilib
# 28 iyul 2015 11:30 (UTC +04:00)

Bakı. APA-Economics. Son dövrlər qiymətli kağızlar bazarına olan maraq “InvestAZ” şirkətini bu  istiqamətdə daha bir addım atmağa sövq edib.

 

“InvestAZ”dan “APA-Economics”ə verilən məlumata görə, şirkətin bu yaxınlarda yenilədiyi internet səhifəsində maliyyə bazarları ilə maraqlananlar üçün yeni FOREXpedia adlı bölmə istifadəyə verilib. “İnsanların maliyyə savadlılığının artırılmasını hər zaman ön plana çəkən şirkət, yeni internet səhifəsində FOREXpedia adlı bölümü istifadəyə verib”, - deyə məlumatda vurğulanıb.

 

Daha geniş məlumat bazası

 

8 bölmədən ibarət olan FOREXpedia səhifəsi, özündə FOREX haqqında ilkin biliklərdən tutmuş investisiya idarəçiliyinə kimi olan məlumatları birləşdirir. İstifadəçilərin vaxtına qənaət və rahatlığını təmin etmək üçün bölmələr qruplaşdırılmışdır. İstifadəçilərin bölmə üzrə oxuduqları məlumatları daha aydın başa düşmələri üçün bir çox bölmələrə qrafik təsvirlər və nümunələr əlavə edilib.

 

Maliyyə bazarında alış-satış qiymətləri arasındakı fərq, mövcud kapitalın bir neçə misli həcmində necə ticarət etmək barədə ətraflı məlumat almaq istəyənlər Maliyyə bazarının əsas anlayışları bölümünə daxil ola bilərlər.

 

Maliyyə bazarında valyuta və digər maliyyə alətlərinin qiymətlərinə təsir edən faktorlar haqqında məlumat almaq istəyənlər üçün Fundamental və Texniki Analiz bölmələri yaradılıb.

 

Bazar iştirakçılarına dəstək

 

Gələcəyini maliyyə bazarları ilə bağlamaq istəyənlər səhifənin İnvestisiya idarəçiliyi bölümündən faydalana bilərlər. Bu bölmədə istifadəçilər maliyyə bazarında uğurlu olmağın sirləri, ticarət qaydaları, bazar iştirakçılarına tövsiyələr və ticarət strategiyaları haqqında geniş məlumat ala bilərlər.

 

Qeyd edək ki, “InvestAZ” şirkəti ölkəmizdə maliyyə savadlığının artırılması istiqamətində başlanğıc səviyyədən peşəkar səviyyəyə kimi ödənişsiz və ödənişli tədris kursları həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR