Bakı - APA-Economics. Bankın təqdim etdiyi “Kartdan-karta” xidməti vasitəsilə, indi nəinki Azərbaycan daxilində, hətta ölkələr arasında da pul köçürmələri aparmaq mümkü olub.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın “Visa” və “MasterCard” ödəniş kartlarının sahibləri indi sadəcə bankomatdan istifadə etməklə aşağıda göstərilən ölkələrin emissiya etdiyi kartlara vəsait göndərə bilərlər.
“MasterCard” ödəniş kartları ilə: Azərbaycan, Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarus, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Kipr, Moldova, Ukrayna, Çexiya, Çernoqoriya, Gürcüstan.
VİSA ödəniş kartları ilə: Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Rusiya.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.