Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən “Kapital Bank” ASC-nin “Masallı” şöbəsinin açılmasına icazə verilib.
Bu barədə “APA-Economics”ə MBNP-dən məlumat verilib.
Məlumata görə, Direktorlar Şurasının iclasında “Kapital Bankın”-ın Masallı rayonu, M. Talışxanov prospektində yerləşən “ASAN Xidmət” Mərkəzində “Masallı” şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.
“Kapital Bank” ASC-nin “Masallı” şöbəsi “ASAN Xidmət” mərkəzində göstərilən xidmətlər üzrə rüsum ödənişlərinin qəbul edilməsi, bölgə sakinlərinə depozitlərin qəbulu, valyuta mübadilə əməliyyatları, hüquqi və fiziki şəxslərə hesabların açılması, klirinq, hesablaşma-kassa və digər bank xidmətləri göstərəcək.