Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin sentyabrın 16-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda “Kapital Bank”ın sənədli səhmlərinin formasının dəyişdirilməsi və bankın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və digər məsələlərə baxılacaq.
Ümumi yığıncaq 16 sentyabr 2015-ci il saat 11:00-da “Kapital Bank”ın baş ofisində ( ünvan: Bakı şəhəri, Füzuli küçəsi71, 10-cu mərtəbə, iclas zalı) keçiriləcək.