Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Kayman adalarının “Karasu Development Company" şirkətinin Bakı şəhərindəki filialı Azərbaycan dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınır.
“APA-Economics”in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytındakı vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumatda bildirilir.
Məlumatda bildirilir ki, Bakı şəhər Vergi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Kayman adalarında qeydiyyatda olan “Karasu Development Company" şirkətinin Bakı şəhərindəki filialı dövlət büdcəsinə vergi ödəmir. Bununla yanaşı, vergi borcunun həcmi qeyd edilməyib.
Faktla bağlı qanuna müvafiq tədbirlər görülür.
Şirkətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.