Bank Of Baku

“Kredobank” I rübü kəskin zərərlə başa vurub

“Kredobank” I rübü kəskin zərərlə başa vurub
# 05 may 2014 09:32 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Kredobank” ASC-nin aktivlərinin həcmi 2014-cü ilin I rübündə 157,138 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 44,8% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,4% artaraq 106,56 mln. manat olub.

 

İstehlak kreditlərinin həcmi 14,164 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 2,6 dəfə çoxdur.

 

İpoteka kreditlərinin həcmi 4,302 mln. manat təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 76% azdır.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 11,9% artaraq 24,519 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,4 dəfə artaraq 37,948 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 13,963 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,31% azdır.

 

Bir il ərzində bankın məcmu kapitalı 38,3% artaraq 52,114 mln. manata çatdığı halda, nizamnamə kapitalı 44,2% artaraq 50,54 mln. manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,6 dəfə artaraq 7,69 mln. manat, xərcləri isə 3,6 dəfə artaraq 9,554 mln. manata çatıb.

 

Cari ilin ilk üç ayı 1,864 mln. manatlıq zərərlə başa vurub.

 

Hazırda bankın ölkə üzrə 16 filialı, 4 bankomatı, 46 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR