Ötən il ərzində Azərbaycanda 11 mlrd. 622,8 mln. manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, qiymətli kağızlar bazarının ümumi emissiyasının 52,4%-ini Mərkəzi Bankın notları, 21,8%-ini səhmlər, 18,1%-ini korporativ istiqrazlar 7,7%-ini isə dövlət istiqrazları təşkil edib.
Bu dövr ərzində 1 mlrd. 871,4 mln. manatlıq səhmlər, Mərkəzi Bankın 5 mlrd. 185,7 mln. manatlıq notları, 794,5 mln. manatlıq dövlət istiqrazları və 396,5 mln. manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.
Ötən ildə nominal dəyəri 1 mlrd. 231,9 mln. manat olan korporativ istiqrazlar, 160,2 mln. manatlıq səhmlər və 44,9 mln. manatlıq dövlət istiqrazları və 41,4 mln. manatlıq Mərkəzi Bankın notları tədavüldə olub.