Bank Of Baku

“Moody`s” Azərbaycanın 4 bankının depozit reytinqini aşağı salıb

“Moody`s” Azərbaycanın 4 bankının depozit reytinqini aşağı salıb
# 14 iyun 2017 16:29 (UTC +04:00)

“Moody`s” beynəlxalq reytinq agentliyi “Xalq Bank”, “Bank Respublika”, “Bank of Baku” və “VTB-Bank Azərbaycan”ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini aşağı salıb.

 

"APA-Economics" xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

 

Agentliyin məlumatına görə, qeyd olunan 4 bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi üzrə proqnoz neqativdir. Reytinq Azərbaycan banklarının maliyyə əsaslarının zəiflədiyini göstərir.

 

“Milli valyutanın devalvasiyası bankalara mənfi təsir edərək aktivlərin keyfiyyətinin pisləşməsinə səbəb olub. Azərbaycan banklarının maliyyələşməsi depozitlərin yüksək dərəcədə dollarlaşması, milli valyutada likvidliyin çatışmazlığı səbəbindən məhdudlaşıb”, - deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR