Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il oktyabrın 1-nə “Muğanbank” ASC aktivlərinin həcmi 477,548 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,37% çoxdur.
2015-ci ilin III rübünə bankın kredit portfeli 330,299 mln. manat olub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 19% artım deməkdir.
Bankdan “APA –Economics”ə verilən məlumata görə, hesabat dövründə bankda istehlak kreditlərinin məbləği bir il ərzində 62,21% dəfə artaraq 169,563 mln. manat olub.
İpoteka kreditləri isə, ötən illə müqayisədə 2,66% artaraq 40,022 mln. manata bərabər olub.
Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi hesabat dövründə 33,16% artaraq 21,507 mln. manat təşkil edib ki, bu da mövcud kredit portfelinin cəmi 6,51% ni təşkil edir.
Bankda deposit portfeli 2014-cü ilin eyni dövrü ilə müqayisədə 29,02% artaraq 170,744 mln. manata, əhalinin əmanətləri isə 44,33% artım göstərərək 155,420 mln. manata çatıb.
Bankın məcmu kapitalı son hesabat dövrünə 0,29% azalaraq 56,260 mln. manat, nizamnamə kapitalı isə 10,36% artaraq 50 mln. manat təşkil edib ki.
Müvafiq dövr üzrə “Muğanbank” ASC-nin gəlirləri də artıb. Belə ki, bankın gəlirləri 19,48% artaraq 49,203 mln. manata, xərcləri isə 37,13% artaraq 47,393 mln. manata çatıb.
“Muğanbank” ASC son 9 ayda 1 mln. 810,78 min manat mənfəət əldə edib.
Bankın hal hazırda 44 filialı, 57 bankomatı və 659 POS-terminalı fəaliyyət göstərir.