Bakı. İlkin Əhmədov – APA-Economics. “Muğanbank” ASC 9-12 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində “Pul köçürmələri” mövzusunda keçirilən II Beynəlxalq Konfransın baş sponsoru kimi çıxış edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Belarus, Çexiya, Özbəkistan, Moldova bankları və maliyyə institutlarının rəhbər işçiləri, banklararası biznesin nümayəndələri, maliyyə təşkilatlarının rəhbərləri, analitik-ekspertlər olmaqla 30-dan artıq nümayəndə iştirakçı və qonaq qismində iştirak edib.
Tədbirdə bankın İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov “Monex dünən, bugün, sabah və bazarda innovasiyalar” mövzusunda məzmunlu məruzə ilə çıxış edərək “Monex” təcili pul köçürmələri sisteminin həmçinin, beynəlxalq maliyyə bazarlarının təhlilinin aparılması üçün şəxsi müasir məhsul və texnologiyaların işlənib-hazırlanması, tətbiqi və istifadəsindən ətraflı bəhs edib.