Bank Of Baku

“Muğanbank” ötən ili zərərlə başa vurub

“Muğanbank” ötən ili  zərərlə başa vurub
# 01 fevral 2018 08:37 (UTC +04:00)

“Muğanbank”ın aktivlərinin həcmi 2018-ci ilin yanvarın 1-nə 480,177 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,98% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə kredit portfeli 0,9% artaraq 349,071 mln. manat  təşkil edib.

 

Hesabat dövründə depozit portfeli 5% artaraq 201,754 mln. manat, cəmi öhdəlikləri isə 0,9% artaraq 411,160 mln. manat olub.

 

Hesabat dövründə bankın məcmu kapitalı 7,2% artaraq 70 mln. 31 min 633 manat təşkil edib. Nizamnamə kapitalı 13,3% artaraq 85,000 mln. manat olub.  

 

“Muğanbank” ASC ötən ili 6  mln. 341,47 min manat zərərlə başa vurub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR