Bank Of Baku

“NBC Bank” 10 aylıq maliyyə göstəricilərini açıqlayıb

“NBC Bank” 10 aylıq maliyyə göstəricilərini açıqlayıb
# 16 noyabr 2015 08:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “NBC Bank” noyabrın 1-nə olan maliyyə göstəricilərini açıqlayıb.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, cari ilin 10 ayı ərzində bankın aktivləri 152,077 mln. manat təşkil edib.

 

Noyabrın 1-nə bankın kredit portfelinin həcmi 126,185 mln. manat təşkil edib. Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 8,042 mln. manat olub ki, bu da ümumi portfelin 6,37%-dir.

 

10 ayın yekunlarına görə bankın depozit portfelinin həcmi 95,439 mln. manat təşkil edib.

 

Noyabrın 1-nə “NBC Bank”ın məcmu kapitalı 51,348 mln. manata nizamnamə kapitalı isə 46,536 mln. manata bərabər olub.

 

Qeyd edək ki, “NBC Bank” cari ilin 10 ayını 476 min manat mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR