Bakı. Musa Əhmədov - APA-Economics. “Nikoil Bank” 2016-cı ildə beynəlxalq reytinq əldə etməyi planlaşdırır.
“APA-Economics”in məlumatına görə, bu barədə bankın İdarə Heyətinin sədri Vasiliy Xamaza mətbuat konfransnda bildirib.
Bankın maliyyə sabitliyi və müstəqil fəaliyyət üçün reytinq əldə etdiyini deyən V.Xamaza qeyd edib ki, “Nikoil Bank” 2015-ci ilin ikinci yarısında “Fitch Ratings” və “Moody’s” agentlikləri ilə danışıqlara başlamağı planlaşdırır. V.Xamaza bildirib ki, reytinqin əldə olunması aktivlərin keyfiyyətinin, bütün məhsulların, proseslərin, personalın hazırlanması və digər məsələlərin çox diqqətli təhlilini tələb etdiyindən kifayət qədər uzun prosesdir.
“Biz hər hansı iri layihədə iştirak etməyi planlaşdırmırıq. Bizə müxtəlif maliyyə institutları tərəfindən sabit kredit dəstəyi lazımdır. Əgər reytinq yoxdursa, beynəlxalq maliyyə institutları şübhə ilə yanaşırlar. Reytinqin əldə olunmasında məqsəd kreditin cəlb olunması məqsədilə imkanların genişləndirilməsidir”, - deyə V.Xamaza vurğulayıb.