Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Paşa Bank”ın aktivlərinin həcmi 2015-ci il yanvarın 1-nə 1 mlrd. 278,732 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 81,38% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 57,9% artaraq 542 mln. 926,097 min manat olub.
2014-cü ilin sonuna problemli kreditlərin payı 2013-cü ildəki 15%-ə qarşı 8,1% təşkil edib.
Hesabat dövründə bankın investisiya portfeli 2,6% artaraq 205 mln. 240,492 min manat olub.
Ötən il ərzində “PAŞA Bank”ın məcmu kapitalı 46,07% artaraq 332,960 mln. manata çatdığı halda, nizamnamə kapitalı 46% artaraq 333 mln. manat təşkil edib.
“PAŞA Bank” 2014-cü ili 10 mln. 832,193 min manat məbləğində zərərlə başa vurub.
Bankın hal-hazırda 2 filialı, 26 bankomatı fəaliyyət göstərir.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.