Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 656,480 mln. manat təşkil edib ki bu da ilin əvvəli ilə müqayisədə 11,5% azdır. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın hesabatında deyilir.
İyulun 1-nə bankın kredit portfeli 325,475 mln. manata bərabər olub ki, bu da yanvarın 1-nə nisbətən 15,9% çoxdur.
Bankda olan müştəri hesablarının həcmi iyulun 1-nə 360,653 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 21,0% azdır.
İyulun 1-nə bankın nizamnamə kapitalı 157 mln. manat təşkil edib. Yanvar-iyun ayları ərzində bankın vergidən əvvəl mənfəətinin həcmi 14,843 mln. manata bərabər olub.